Bakı. Könül Cəfərli - APA. Noyabrın 16-dan etibarən İranda xarici ölkələrə səfərlərə aviabiletlərin qiyməti iki dəfə bahalaşıb. APA-nın məlumatına görə, İran Mülki Aviasiya Təşkilatı bununla bağlı bəyanat yayıb. Bəyanatda aviabiletlərin qiymətinin 105-107% qaldırıldığı qeyd olunub.
Qeyd edək ki, noyabrın 6-dan etibarən İranda daxili səfərlərə aviabiletlərin qiyməti 65% artıb.