Bank Of Baku

İranda yeni nüvə obyekti istifadəyə verilib

İranda yeni nüvə obyekti istifadəyə verilib
# 29 aprel 2013 09:21 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayətinin Binab şəhərində nüvə obyekti istifadəyə verilib.

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Atom Enerjisi Təşkilatının sədri, vitse-prezident Firudin Abbasi bildirib.

 

Onun sözlərinə görə, Kərəc nüvə obyekti işlək şüaların mərkəzi qütbü olaraq seçilib: “Bu gün də ölkənin şimal-qərbində yerləşən Binab işlək şüalar tədqiqat müəssisəsində qamma daşıyıcıları şüalanması sistemini açdıq. Lazımi imkan və təchizatlara malik olan Binab nüvə obyekti də ölkənin şimal-qərb şöbəsi kimi müəyyənləşib və qonşu 5 vilayəti öz xidmət dairəsinə alır. Binab tədqiqat obyektinin əsas vəzifəsi nüvə nailiyyətlərini əhalinin həyatına daxil etməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR