Bank Of Baku

İranda zəlzələ olub

İranda zəlzələ olub
# 19 dekabr 2013 08:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ötən gün gecə saatlarında İranın Buşəhr vilayətində zəlzələ baş verib.

 

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Buşəhr vilayətinin Hörmüc şəhərinə təsadüf edib.

 

4 bal gücündə olan zəlzələ Bakı vaxtı ilə saat 23:45-də yerin 11 km dərinliyində meydana gəlib. Təbii fəlakət Hörmücdən 22 km, Buşkandan 26 km və Şonbedən 30 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR