Bank Of Baku

İranda zəlzələ olub

İranda zəlzələ olub
# 21 aprel 2014 08:24 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Şimali Xorasan vilayətində zəlzələ baş verib.

 

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Şimali Xorasan vilayətinin Qazi şəhərinə təsadüf edib.

 

4.0 bal gücündə olan zəlzələ aprelin 21-də Bakı vaxtı ilə saat 07:35-də yerin 5 km dərinliyində meydana gəlib. Təbii fəlakət Qazidən 44 km, Mərəvətəpədən 48 km və Aşxanədən 59 km uzaqlıqda baş verib. Dağıntı və tələfat yoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR