İranın cənub bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yerli vaxtla saat 04:16-da qeydə alınan yeraltı təkanların episentri Minab şəhərindən 79 km şimalda, ocağı 12 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.