Bank Of Baku

İranın “Hizbullah”a maliyyə dəstəyi azalıb

İranın “Hizbullah”a maliyyə dəstəyi azalıb
# 21 sentyabr 2013 07:17 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Livandakı “Hizbullah” təşkilatına maliyyə dəstəyi azalıb. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu ABŞ maliyyə nazirinin müavini Devid Kohen bildirib.

 

D. Kohen deyib ki, buna İrana qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar səbəb olub: “Ona görə də Qərbi Afrika ölkələri “Hizbullah” üçün vacibdir. Bu təşkilat İrandan maliyyə yardımı alır. Ancaq İranın təzyiq altında olması və potensialının zəifləməsi “Hizbullah”a maliyyə dəstəyinin aşağı düşməsinə gətirib çıxarıb”.

 

D. Kohen qeyd edib ki, “Hizbullah” Qərbi Afrika ölkələrində yalnız maliyyə dəstəyi axtarmır: “Eyni zamanda bu təşkilat bölgədən öz planlarını həyata keçirmək və fəaliyyət göstərmək üçün istifadə edir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR