Bank Of Baku

İranın Azərbaycan vilayətlərinə yağan güclü qar həyatı iflic edib - FOTOSESSİYA

İranın Azərbaycan vilayətlərinə yağan güclü qar həyatı iflic edib - <span style="color: red;">FOTOSESSİYA
# 17 dekabr 2012 14:38 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın paytaxtı Tehran şəhərinə yağan güclü qar həyatı iflic edib.

 

APA-nın İran mətbuatına istinadən məlumatına görə, nəticədə dekabrın 17-də paytaxtın bəzi yerlərində məktəblər bağlanıb. Məlumat Tehran Şəhər Təhsil İdarəsi tərəfindən də təsdiqlənib.

 

Bundan əlavə, güclü qar İranın Azərbaycan vilayətlərində də həyat şəraitini çətinləşdirib. Belə ki, hava həddindən artıq soyuyub və bölgədə havanın temperaturu mənfi 7 dərəcəyədək düşüb. Bu səbəbdən Ərdəbil vilayətinin Ərdəbil, Neyyir, Nəmin, Serayn və Hir şəhərlərində ibtidai və orta məktəblərdə tətil elan olunub. Eyni zamanda İranın Şərqi Azərbaycan vilayətinə, xüsusilə zəlzələ bölgəsinə yağan güclü qar nəticəsində vəziyyət daha da acınacaqlı həddə çatıb. İki gün davam edən güclü qar nəticəsində zəlzələ bölgəsinə gedən yollar bağlanıb, çadırlarda yaşayan əhali, o cümlədən azyaşlı uşaqlar amansız şaxta ilə üz-üzə qalıb.

 

Qeyd edək ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə əsasən, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfər ölüb, 3037 nəfər xəsarət alıb. Zəlzələ 18500 evin dağılması və zədələnməsinə səbəb olub. Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub. Noyabrın 7-də 57 nəfərin xəsarət alması ilə nəticələnmiş 5,2 bal gücündə yenidən zəlzələ baş verib. Noyabrın 16-da isə 10 nəfərin xəsarət alması ilə nəticələnmiş 4,9 bal gücündə növbəti zəlzələ olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR