APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu İranın energetika naziri Həmid Çitçian deyib. Onun sözlərinə görə, Urmiya gölü problemi qısa müddətdə nazirliyin iş planına daxil ediləcək: “İran Energetika Nazirliyi bu gölü yenidən həyata qaytarmaq üçün əsaslı addımlar atmağa çalışacaq”.
Qeyd edək ki, H.Çitçian əslən Təbriz şəhərindəndir. İran prezidenti Həsən Ruhaninin hökumətində təmsil olunan azərbaycanlı nazirdir.