Bakı. Real Cəfərli - APA. İranın rəsmi xəbər agentliyinin icraçı direktoru dəyişdirilib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Məhəmməd Xodadi İRNA-nın yeni icraçı direktoru təyin edilib. O bu vəzifədə İranın eks-prezidenti Mahmud Əhmədinejadın kadrı Ümid Şəhrəkini əvəzləyib.
Qeyd edək ki, M. Xodadi əvvəllər İRNA-nın xarici xəbərlər redaksiyasının müdiri vəzifəsində işləyib.