Bank Of Baku

İranın Pakistanla sərhəd bölgəsində silahlı insident baş verib, ölən və yaralananlar var

İranın Pakistanla sərhəd bölgəsində silahlı insident baş verib, ölən və yaralananlar var
# 26 aprel 2017 20:42 (UTC +04:00)

İranın Sistan və Bəluçistan əyalətində Pakistanla sərhəddə sərhəd polisi və silahlı qruplaşma arasında silahlı insident baş verib.

 

APA-nın Tehran bürosunun xəbərinə görə, sərhəd polisi və silahlılar arasında baş verən atışma nəticəsində 10 İran sərhədçisi ölüb, 3-ü yaralanıb.

 

Silahlıların itkisi barədə məlumat verilmir.  İran polisinin məlumatına görə, sərhədçilər Pakistan ərazisindən atəşə tutulub.

 

Hazırda hadisə yerində tədqiqat aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR