Bank Of Baku

İranın sabiq baş nüvə müzakirəçisi tələbələrin kəskin etirazı ilə qarşılaşıb - FOTO

İranın sabiq baş nüvə müzakirəçisi tələbələrin kəskin etirazı ilə qarşılaşıb - <span style="color: red;">FOTO
# 16 aprel 2014 10:51 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi, sabiq baş nüvə müzakirəçisi Səid Cəlili tələbələrlə görüşü zamanı kəskin etirazla qarşılanıb.

 

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, hadisə aprelin 14-də Tehranın Əmir Kəbir Universitetində İranın nüvə proqramı ilə bağlı keçirilmiş tədbirdə baş verib.

 

Bir qrup tələbə S.Cəlilinin çıxışına mane olaraq 2009-cu il mübahisəli prezident seçkiləri zamanı baş vermiş iğtişaşlarda həbs olunmuş müxalifət liderlərinin və digər siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər. Onlar əllərində plakatlar tutaraq “Ya Hüseyn, Mirhüseyn!”, “Musəvi və Kərrubi azad edilməlidir!” və digər şüarlar səsləndiriblər. Tələbələrin etiraz səslərinin çox yüksək olması tədbirin 45 dəqiqə başlamasına səbəb olub.

 

Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılırdı. Ancaq bu ilin yanvarında Kərrubi Tehran şəhərinin Çəmran məntəqəsindəki evinə köçürülüb və mənzilinin birinci mərtəbəsində mühafizə dəstəsi yerləşdirilib. Ona yalnız yerli telekanallara baxmaq icazəsi verilib. Kərrubi peyk televiziyalarına baxa, internet və telefondan istifadə edə bilməz. İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei jurnalistlərə açıqlamasında deyib ki, Musəvi və Kərrubi tövbə etməyəcəkləri təqdirdə, onların işində heç bir irəliləyiş baş verməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR