Bank Of Baku

İranın vitse-prezidenti: “Cenevrə razılaşması gələn aydan etibarən icraya yönəldiləcək”

İranın vitse-prezidenti: “Cenevrə razılaşması gələn aydan etibarən icraya yönəldiləcək”
# 19 dekabr 2013 08:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşma gələn aydan etibarən icraya yönəldiləcək”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidentinin planlaşdırma və strateji nəzarət məsələləri üzrə müavini Məhəmmədbağır Nəhavəndiyan bildirib.

 

Onun sözlərinə görə, supergüclər İslam inqilabını məhv etmək istəyirlər: “Onların ilk addımı İran İslam Respublikasının ziyalılarını yox etmək idi. Bu istiqamətdə də Mufatteh, Mütəhhəri və Beheşti kimi şəxsiyyətlərə sui-qəsd təşkil etməyi gündəmlərinə aldılar. Düşmənlərimizin islam inqilabına qarşı sui-qəsd və dağıdıcı planlarının hamısı müvəffəqiyyətsiz qaldı. Bu gün İran İslam Respublikasındakı quruluş dünyada hörmət və iqtidarla ayaqda dayanır”.

 

Vitse-prezident deyib ki, İranın ali dini lideri nüvə müzakirəçilərini ölkə və sistemin övladları adlandırıb: “Ona görə də heç kimin ali dini liderin rəftarından kənar hərəkət etməyə haqqı yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR