Bank Of Baku

İran XİN başçısı "altılıq ölkələri" ilə müzakirələrdə razılaşdırılmayan məsələləri açıqlayıb

İran XİN başçısı "altılıq ölkələri" ilə müzakirələrdə razılaşdırılmayan məsələləri açıqlayıb
# 29 noyabr 2014 12:05 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif “altılıq ölkələri” ilə müzakirələrdə hansı məsələlərdə razılığın əldə olunmadığını açıqlayıb.

 

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, M. Zərif bildirib ki, bunlar sentrifuqa sayı, ağır su reaktorlarının vəziyyəti, nüvə əməkdaşlığı, sanksiyalar və İranın sərmayə bazarına qoşulma tarixinin müəyyənləşdirilməsi ilə bağlı məsələlərdir.

 

Diplomat hər gün qarşı tərəflə 7 saatlıq müzakirələrin aparıldığını qeyd edib.

 

"Tərəflər danışıqların daha 7 ay uzadılması, bu müddətin ilk 4 ayında siyasi razılaşma və ya ümumi anlaşmaya nail olmaq barədə razılığa gəliblər. Son 3 ayda isə müqavilənin texniki və hüquqi detallarının hazırlanması qərara alınıb”, - deyə o vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR