Bakı. Könül Cəfərli - APA. İranın Zəncan vilayətində son bir il ərzində 16800 peyk antenası yığışdırılıb.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Zəncan vilayətinin nizam-intizam qüvvələri (polis) komandanının əməliyyat məsələləri üzrə müavini İsmail İsmaili bildirib.
Onun sözlərinə görə, 2012-ci ildə vilayətdə 57 nəfər təhlükəsizlik məsələləri ilə bağlı həbs edilib. İ.İsmaili həmçinin ötən il vilayət polisinin üzərinə düşən əsas vəzifələrdən birinin də kiberməkana nəzarət etmək olduğunu vurğulayıb. Eyni zamanda komandan müavini bəzi zərərli materialların da müsadirə edildiyini söyləyib.