Bakı. Könül Cəfərli – APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında nüvə müzakirələrinin yeri və tarixi barədə tərəflər arasında razılıq əldə olunub.
APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə AEBA sözçüsü Gil Tüdor açıqlama verib.
Onun sözlərinə görə, tərəflər arasında nüvə müzakirələri mayın 15-də Vyanada keçiriləcək: “İran və agentlik rəsmiləri arasında baş tutan görüşdə müzakirələrin bu tarixdə keçirilməsi razılaşdırılıb”.
Xatırladaq ki, İranla AEBA arasında sonuncu nüvə müzakirələri bu ilin yanvar və fevral aylarında Tehranda keçirilib.