Bank Of Baku

İranlı general: “ABŞ-a məxsus pilotsuz təyyarə İranın hava məkanını pozub”

İranlı general: “ABŞ-a məxsus pilotsuz təyyarə İranın hava məkanını pozub”
# 12 noyabr 2012 09:30 (UTC +04:00)

 

 

Bakı. Könül Cəfərli - APA. “ABŞ-a məxsus pilotsuz təyyarə İran nefti ilə bağlı məlumatlar toplamaq üçün hava məkanımızı pozub”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran İslam İnqilab Keşikçiləri Korpusu (“Sepah”) Hava-Kosmik Qüvvələrinin komandanı, general Əmirəli Hacızadə bildirib.

 

Onun sözlərinə görə, ötən həftə İranın Fars körfəzindəki ərazi sularına daxil olmaq istəyən pilotsuz təyyarənin məqsədi casusluq fəaliyyəti göstərmək olub: “Hark adası ətrafında manevr edən təyyarə neft tankerlərini izləyərkən müəyyənləşdirilib və dərhal İran hərbi təyyarələri məsələyə müdaxilə edib”. Ə.Hacızadə deyib ki, İranın “qırmızı xətti”ni bilməli olan ABŞ-ın bu kimi hərəkətləri təkrarlamaması lazımdır: “Əks təqdirdə İran daha sərt cavab verəcək. ABŞ pilotsuz təyyarəsinə atəş açılması da yalnız xəbərdarlıq mahiyyəti daşıyırdı”.

 

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İran hərbi təyyarələrinin Fars körfəzi üzərindəki beynəlxalq hava məkanında kəşfiyyat uçuşu həyata keçirən ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurmağa cəhd etdikləri barədə məlumat yayıb. Pentaqonun rəsmi nümayəndəsi Corc Littl pilotsuz aparatın zərər görmədiyini və bazaya qayıtdığını açıqlayıb. Noyabrın 1-də baş vermiş insident haqda ABŞ prezidenti Barak Obama, müdafiə naziri Leon Panetta və Konqresin liderləri dərhal məlumatlandırılıb. Pentaqondan bildiriblər ki, İranın Rusiya istehsalı olan iki ədəd “Su-25” hərbi təyyarəsindən “MQ Predator” pilotsuz uçuş aparatına atəş açılıb: “Bizim uçuş aparatımız İran hava məkanına daxil olmayıb və beynəlxalq hava məkanında hərəkət edib”. Buna baxmayaraq, ABŞ Fars körfəzinin beynəlxalq suları üzərində uçuşları davam etdirəcəyini İranın nəzərinə çatdırıb. Hətta C.Littl bəyan edib ki, lazım gələrsə ABŞ Silahlı Qüvvələri bu cür təxribatlara reaksiya verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR