Bank Of Baku

İraq ordusu Əl-Fəlucə şəhərinin ətrafındakı daha 2 rayonu İŞİD-dən azad edib

İraq ordusu Əl-Fəlucə şəhərinin ətrafındakı daha 2 rayonu İŞİD-dən azad edib
# 12 iyun 2016 04:52 (UTC +04:00)

Bakı-APA.  İraq ordusu Əl-Fəlucə şəhərinin cənub-qərb ətrafındakı daha 2 rayonu – Əl-Fəlahət və Əs-Səbihət rayonunu İŞİD-dən azad edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ordu komandanlığının açıqlamasında bildirilir.

 

Qeyd edək ki, Anbar əyalətindəki Əl-Fəlucə şəhəri 2014-cü ilin əvvəlindən İŞİD-in nəzarətindədir. İraqın baş naziri Heydər əl-Abadi Əl-Fəlucənin azad edilməsi uğrunda əməliyyatın mayın 23-də başlanacağını bildirib. Hazırda paytaxt Bağdaddan 65 km. aralıda yerləşən Əl-Fəlucə şəhərində 50 minədək dinc sakin qalmaqdadır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR