Bank Of Baku

İraq ordusu İŞİD-in nəzarətində olan Əl-Fəlucə şəhərini mühasirəyə alıb

İraq ordusu İŞİD-in nəzarətində olan Əl-Fəlucə şəhərini mühasirəyə alıb
# 28 may 2016 20:46 (UTC +04:00)

Bakı-APA.   İraq ordusu və könüllülərdən ibarət dəstələt İŞİD-in nəzarətində olan Əl-Fəlucə şəhərini mühasirəyə alıblar. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu İraq ordusunun əməliyyat qərargahının rəisi Abdel Əmir əş-Şimari deyib.  

 

Onun sözlərinə görə, qoşunlar hazırda şəhərin mərkəzi rayonlarının 2-3 kilometrliyində mövqe qurublar: “Terrorçular xeyli sayda itki verirlər və geri çəkilirlər”.  

 

Məlumata görə, Əl-Fəlucəyə paytaxt Bağdaddan əlavə olaraq  5 min xüsusi təyinatlı cəlb olunub.    

 

Əl-Fəlucədə hazırda şəhəri əməliyyatadək tərk edə bilməyən 50 mindən 90 minədək dinc sakinin qaldığı bildirilir.    

 

İŞİD  mühasirəni qırmaq üçün terrorçu-kamikadzelərin vasitəsi ilə təhlükəli hücumlar həyata keçirir. Onların Əl-Fəlucə ətrafındakı blok-postlarda törətdiyi üç partlayış nəticəsində 70-dən çox hərbçi həlak olub.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR