Bank Of Baku

İraq ordusu İŞİD-in yeraltı həbsxanasından 1500-dək əsiri azad edib

İraq ordusu İŞİD-in yeraltı həbsxanasından 1500-dək əsiri azad edib
# 03 aprel 2016 04:20 (UTC +04:00)

Bakı-APA.  İraq ordusu İŞİD terror qruplaşmasının həbsxanasından 1500-dək əsiri azad edib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, İraq hərbçiləri əsir saxlanılan şəxsləri Anbar əyalətinin Xit şəhəri uğrunda gedən döyüşlər zamanı aşkarlayıblar.  

 

Polis polkovniki Fadel ən-Nimravi bildirib ki, gizli “həbsxana” terrorçular tərəfindən yerin altında yaradılıb. Orada saxlanılan 1500-dək  əsir və girovlar hərbçilər tərəfindən azad edilib. Onların əksəriyyətinin mülki şəxs olduğu bildirilir.     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR