Bank Of Baku

İraq silah alınmasına dair Rusiya ilə imzaladığı 4,2 milyard dollarlıq müqaviləni ləğv edib

İraq silah alınmasına dair Rusiya ilə imzaladığı 4,2 milyard dollarlıq müqaviləni ləğv edib
# 10 noyabr 2012 13:03 (UTC +04:00)

 

APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, İraq hökumətinin təmsilçisi Əli Musəvi bildirib ki, 4,2 milyard dollarlıq müqavilə korrupsiya riskləri səbəbindən ləğv edilib.

“Bu müqavilə ləğv edilib. Baş nazir Nuri əl-maliki bu ilin oktyabrında Rusiyadan dönəndən sonra onda bu sövdələşmədə korrupsiya hallarının ola biləcəyi barədə narahatlıq yaranıb. Buna görə də, baş nazir müqaviləyə bütövlüklə yenidən baxılmasına qərar verib”, - deyə Ə. Musəvi qeyd edib.

Onu sözlərinə görə, lazımi strukturlar hazırda məsələnin araşdırılması ilə məşğuldur.

Qeyd edək ki, İraqın baş naziri bu ilin oktyabrında Moskvada səfərdə olarkən Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığa dair 4,2 milyard dollarlıq paket sazişi imzalayıb.   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR