Bakı – APA. Bu gün naməlum silahlılar İraqın baş nazirinin müavini Saleh Mutlakın kortejini atəşə tutublar.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, nəticədə 1 cangüdən həlak olub, bir neçə nəfər xəsarət alıb.
Hadisə Fəluca şəhərində baş verib. İnsident nəticəsində Saleh Mutlakın özünə zərər dəyməyib.
Qeyd edək ki, üç həftədən sonra İraqda parlament seçkiləri keçiriləcək.