Bank Of Baku

İraqda baş verən iki partlayış nəticəsində 38 nəfər ölüb, 86 nəfər yaralanıb

İraqda baş verən iki partlayış nəticəsində 38 nəfər ölüb, 86 nəfər yaralanıb
# 01 may 2016 18:45 (UTC +04:00)

Bakı-APA. İraqın cənubunda, Əs-Səməva şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 38-ə çatıb, 86 nəfər yaralanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 33 nəfərin öldüyü, 80 nəfərin yaralandığı bildirilirdi.

 

Bu gün Əs-Səməva şəhərinin mərkəzində iki minalanmış avtomobil partladılıb. Maşınlardan biri inzibatı bina, digəri isə avtobus dayanacağı yaxınlığında partlayıb.

 

Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR