Bank Of Baku

İraqda İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb

İraqda İŞİD qurbanlarının kütləvi məzarlığı aşkarlanıb
# 31 may 2017 20:35 (UTC +04:00)

İraqın Mosul şəhərində 60 nəfərin cəsədinin olduğu kütləvi məzarlıq aşkarlanıb.

 

APA-nın məlumatına görə, bu barədə “Əl-Sumariyə” telekanalı xəbər verib.

 

Kütləvi məzarlıq Mosulun Əş-Şifa bölgəsində aşkarlanıb. İraq rəsmiləri tapılan şəxslərin İŞİD terror təşkilatının qurbanları olduğunu bildirib. Məzarlıqdan güllələnmiş yaşlı insanlar və qadınlar tapılıb.

 

Qeyd edək ki, İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Mosulun qərbinin azad edilməsi üçün əməliyyat bu ilin fevralından davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR