İraqda keçirilən parlament seçkilərində şiə lideri Müqtəda əs-Sədrin başçılıq etdiyi “Sayrun” seçki bloku liderlik edir.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, koalisiya İraqın 18 əyalətindən 16-da səslərin hesablanmasından sonra ilk yerdədir.
İraqın seçki orqanı olan Ali müstəqil komissiyanın məlumatına əsasən, seçkilərin yekun nəticələri bu gün açıqlanacaq.
İraqda parlament seçkiləri mayın 12-də baş tutub. Seçkilərdə seçicilərin 44,52%-i (10,7 milyon nəfər) iştirak edib.