Bakı-APA. İraqın paytaxtı Bağdadda partlayış nəticəsində 4 nəfər ölüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, partlayış Bağdadın qərbindəki Əbu Qreyb rayonunda yerləşən bazarda baş verib. Partlayış nəticəsində 4 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
Bundan başqa, Bağdaddan 65 km aralıda yerləşən Faluca şəhərinin yaxınlığında üç polis əməkdaşı naməlum şəxslər tərəfindən qətlə yetirilib.