Bank Of Baku

İraqda partlayışlar 54 nəfərin həyatına son qoyub

İraqda partlayışlar 54 nəfərin həyatına son qoyub
# 02 iyul 2013 22:34 (UTC +04:00)

Bakı-APA. Bağdadda iyulun 3-də törədilmiş partlayışlar nəticəsində ölənlərin sayı 54-də çatıb, 100-dən çox insan yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ötən gün İraq paytaxtının müxtəlif rayonlarında bir neçə avtomobil partladılıb.

 

“BBC”-nin məlumatına görə, partlayışlar Bağdadın 5 rayonunda törədilib. Polisin məlumatına görə, ümumilikdə doqquz avtomobil partladılıb.  

 

“Röyters”in məlumatına görə, ən güclü partlayış paytaxtın Şaab rayonunda baş verib. Burada iki avtomobilin eyni vaxtda partladılması nəticəsində 8 nəfər hadisə yerində ölüb.  

 

Bundan öncə isə terrorçu kamikadzenin məsciddə törətdiyi partlayış nəticəsində 22 nəfər həlak olub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR