Bank Of Baku

İraqda partlayışlar zamanı 9 nəfər ölüb

İraqda partlayışlar zamanı 9 nəfər ölüb
# 20 aprel 2013 00:46 (UTC +04:00)

Bakı-APA. İraqda namaz zamanı sakinlərin 2 ayrı hücuma məruz qalması nəticəsində ən azı 9 nəfər ölüb, 20 nəfər yaralanıb.

 

Polisin məlumatına görə ilk hücumun hədəfi Xalis şəhərində yerləşən əl-Muthana məscidində dini ayinləri icra edən insanlar olub. Bu hücum zamanı 7 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Qumbara atanlar vasitəsilə ərazinin atəşə tutulması nəticəsində məscidin binası dağılıb.

 

Digər hücum isə Kərkük şəhərində baş verib. Yola yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində əl-Tamimi şiə məscidinə namaz qılmağa gələn 2 nəfər ölüb, 14 nəfər yaralanıb

 

Hücumun hansı qruplaşma tərəfindən törədildiyi məlum olmasa da, hadisənin bu gün keçiriləcək bələdiyyə seçkilərilə əlaqəsinin olduğu ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR