Bakı-APA. İraqda sentyabrın 17-də törədilmiş terror aktları və hücumlar nəticəsində 40 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, tək paytaxt Bağdadda törədilmiş 9 partlayış nəticəsində 24 nəfər ölüb, 100-dək insan yaralanıb.
Bundan başqa, Əl Fəluca şəhərində (Bağdaddan 50 km aralı) üç terrorçu-kamikadze polis məntəqəsinə hücum edərək 8 nəfərin həyatına son qoyub. Mosul şəhərinin ətrafında isə (Bağdaddan 370 km aralı) ekstremistlərin qurduğu pusquya içərisində polis və hərbçilərin olduğu avtobus düşüb. Hücum nəticəsində 8 asayiş keşikçisi qətlə yetirilib.