Bakı-APA. Terrorçu-kamikadzenin İraqın Ramadi şəhərindəki ordu qərargahına törətdiyi hücum nəticəsində azı 14 nəfər həlak olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze partlayıcı quraşdırılmış avtomobili qərargahın girişində partladıb.
Ölənlərin əksəriyyətinin hərbçi olduğu bildirilir.