Bakı-APA. İraqda bir neçə partlayış törədilib, nəticədə 18 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Bağdadda 2 partlayış törədilib – onlardan biri polis komissarlığında, digəri isə bazarda baş verib. Daha bir hücum Kərkükdə törədilib.
Təhlükəsizlik qüvvələri “Əl-Qaidə” ilə əlaqədə şübhəli bilinən 116 silahlı saxlayıb. Məlumata görə, əməliyyat zamanı terrorçuların bir neçə təlim düşərgəsi, kustar yolla partlayıcı qurğu hazırlamaq üçün gizli sexlər ləğv olunub.
İraq hakimiyyəti terror təşkilatlara qarşı genişmiqyaslı əməliyyatlar aparır, lakin cari ilin əvvəlindən bu günədək artıq 3500-dən çox insan zorakılığın qurbanı olub.