Bakı-APA. İraqda avqustun 20-də bir neçə terror aktı törədilib, nəticədə 35 nəfər ölüb, 120-dən çox insan isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Bağdadın cənub hissəsində 6 avtomobilin partladılması nəticəsində 6 nəfər ölüb, 98 nəfər isə yaralanıb. Paytaxtın şimalında yerləşən kafedə partlayıcı qurğunun işə salınması nəticəsində isə 5 nəfər ölüb, 15 nəfər yaralanıb.
Bundan başqa, Əl-Amara, Hilla, Nəsiriyyə və Kərkük şəhərlərində polis və mülki əhaliyə bir neçə hücumlar törədilib.