Bakı –APA. İraqın şimalında törədilmiş terror aktı nəticəsində azı 7 nəfər ölüb. APA-nın “Gazeta.ru” ya istinadən verdiyi xəbərə görə, partlayış Kərkük şəhərində baş verib. Partlayıcı quraşdırılmış avtomobil ərzaq mağazalarından birinin qarşısında partladılıb.
İlkin məlumata görə, partlayış nəticəsində 7 nəfər ölüb, 17 nəfər yaralanıb.