Bank Of Baku

İraqda türkmənlərin yaşadığı qəsəbə İŞİD-dən azad edilib

İraqda türkmənlərin yaşadığı qəsəbə İŞİD-dən azad edilib
# 01 may 2016 13:27 (UTC +04:00)

Bakı-APA. İraqda türkmənlərin yaşadığı Əl-Bəşir  qəsəbəsi İŞİD-dən azad edilib.

 

APA-nın İraqın “Almada Press” agentliyinə istinadən verdiyi məlumata görə, şiə könüllülər, türkmən bölükləri və kürd peşmərgələr Kərkükün cənubunda yerləşən Əl-Bəşir qəsəbəsini  İŞİD-dən azad edib.

 

Əməliyyat zamanı ən azı 60 terrorçu öldürülüb. İŞİD məhz bu qəsəbədən qonşuluqda yerləşən Taz şəhərinə zəhərli mərmi başlıqları ilə zərbələr endirib. Nəticədə yüzlərlə insan xəsarət alıb, 3 uşaq həyatını itirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR