Bank Of Baku

İraqın baş naziri: “ əl-Faluca şəhəri tezliklə İŞİD silahlılarından təmizlənəcək”

İraqın baş naziri: “ əl-Faluca şəhəri tezliklə İŞİD silahlılarından təmizlənəcək”
# 06 iyun 2016 22:37 (UTC +04:00)

Bakı-APA.  əl-Faluca şəhərinin İŞİD-dən azad edilməsi üzrə əməliyyat tezliklə başa çatacaq.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə,  bunu İraqın baş naziri Heydər Əl-Abadi bəyan edib.

 

İraq xalqını Ramazan ayının başlaması münasibəti ilə təbrik edən baş nazir qələbənin yaxın olduğunu bildirib: “Bu il İraq ərazisi bütün terrorçu qruplaşmalardan təmizlənəcək. əl-Falucanın İŞİD silahlılarından azad edilməsi üzrə əməliyyat isə başa çatmaq üzrədir”.

 

Mayın 23-də İraq Silahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Qeyd edək ki, Əl-Anbar əyalətinin ən iri Əl-Faluca şəhəri 2014-cü ilin əvvəlindən İŞİD silahlılarının nəzarətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR