Bank Of Baku

İŞİD-in Rəqqadakı əmiri təslim olub

İŞİD-in Rəqqadakı əmiri təslim olub
# 14 sentyabr 2017 18:48 (UTC +04:00)

Suriyanın Rəqqa şəhəri ətrafında İŞİD-in bu şəhər üzrə hərbi əmiri 4 silahlı ilə  “Suriya Demokratik Qüvvələri” adlandırılan qüvvələrə təslim olublar.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi Rayan Dilon bildirib.  

 

Qeyd edək ki, hazırda İŞİD-in bir müddət “paytaxt”ı hesab edilən  Rəqqa şəhərinin azad edilməsi uğrunda  döyüşlər davam edir.     

 

Şəhərə humanitar yardımların çatdırılması xeyli çətinləşib. Hazırda döyüşlər Rəqqanın tarixi mərkəzi hesab olunan hissəsində gedir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR