Bank Of Baku

İŞİD Bağdaddakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Bağdaddakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
# 02 may 2016 18:21 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşması bu gün Bağdadda törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, İraq paytaxtında terrorçu-kamikadze minalanmış maşında özünü partladıb. Hadisə nəticəsində 18 nəfər ölüb, 45 nəfər yaralanıb.

 

Mayın 2-də Bağdad ətrafında daha iki terror aktı törədilib. Paytaxtdan 25 km aralıda yerləşən Tarmiya şəhərində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Xalis şəhərində isə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.  

 

Ötən gün isə İraqın cənubunda, Əs-Səməva şəhərində törədilən terror aktı nəticəsində 38 nəfər ölmüş, 86 nəfər yaralanmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR