Bank Of Baku

Kabildə terror aktında İran səfiri yaralanıb, bir neçə səfirliyin binasına ziyan dəyib

Kabildə terror aktında İran səfiri yaralanıb, bir neçə səfirliyin binasına ziyan dəyib
# 31 may 2017 12:55 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

 

APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumat görə, partlayış nəticəsində ölənlərin sayı 90 nəfər çatıb, 380-dən çox yaralı var.

 

Terror aktı zamanı İranın Əfqanıstandakı səfiri Məhəmməd Rəda Bəhrami və Yaponiya səfirliyinin iki əməkdaşı yaralanıb.

 

Almaniya diplomatik nümayəndəliyinin əməkdaşının da yaralandığı, binanın mühafizəsi ilə məşğul olan əfqan polisin öldüyü bildirilir. Həmçinin, hadisə yerinin yaxınlığında yerləşən mehmanxanada qalan iki Qazaxıstan vətəndaşı da xəsarət alıb.

 

Güclü partlayış nəticəsində Almaniya, İran, Türkiyə, Yaponiya, Fransanın diplomatik nümayəndəliklərinin binalarına ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR