Bank Of Baku

İŞİD silahlıları Mosulun əsas məscidini partladıblar

İŞİD silahlıları Mosulun əsas məscidini partladıblar
# 21 iyun 2017 21:34 (UTC +04:00)

İŞİD silahlıları İraqın Mosul şəhərinin əsas məscidi “Ən-Nuri”ni partladıblar.

 

APA-nın Reuters agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə İraq hərbçiləri məlumat verib.

 

2014-cü ilin iyulunda “Ən-Nuri” məscidində çıxış edən İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadi yeni xəlifəliyin yarandığını və özünü onun rəhbəri elan etmişdi. 

 

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Mosulun qərbinin azad edilməsi üçün əməliyyat bu ilin fevralından davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR