Bank Of Baku

İsrail ordusu «HƏMAS»ın hərbi qanadının liderini məhv edib

İsrail ordusu «HƏMAS»ın hərbi qanadının liderini məhv edib
# 14 noyabr 2012 18:21 (UTC +04:00)

Bakı-APA. İsrail ordusu rəsmi olaraq HƏMAS-ın hərbi qanadının lideri Əhməd əl-Cabarinin məhv etdiyini etiraf edərək Qəzza zolağındakı silahlılara qarşı irimiqyaslı əməliyyata başladığını elan edib.

 

Əl-Cabarinin məhv edildiyini Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı də təsdiq edib.

 

İsrail hərbçiləri Əl-Cabari olduğu maşını raketlə vurub. Maşında Əl-Cabaridən başqa bir nəfər də olub.

 

Əhməd əl-Cabari HƏMAS-ın hərbi əməliyyatlarına görə cavabdeh olan «İzzəddin əl-Kassam» briqadalarına başçılıq edirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR