Bakı-APA. İsrail əsgərləri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində fələstinli işçilərə atəş açıblar. Atəş nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, bu barədə Qəzzadakı Fələstin hökumətinin rəsmisi Əşrəf əl-Kudra bildirib.
Məlumata əsasən, İsrail bu gün 45 yaşdan gənc müsəlmanların Əl-Aksa məscidində cümə namazı qılmağına da icazə verməyib.
Xatırladaq ki, iki gün əvvəl İsrail və Qəzzaya nəzarət edən HƏMAS hərəkatı arasında atəşkəs barədə razılıq imzalanıb.