Bakı. Zümrüd Paşayeva – APA. İsrail Yeni Zelandiyanın yeni səfirini qəbul etməyib.
APA - nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Murray MakKullay deyib.
“İsrail hökuməti bir neçə gün əvvəl bizə müraciət edib. Məlum olub ki, səfirimizin qəbul edilməməsinin səbəbi onun həm də Fələstinə diplomatik nümayəndə kimi göndərilməsidir”, - deyə M. MakKulallat bildirib.
İsrailin Yeni Zelandiyadakı səfirliyi isə məsələnin protokol prinsipləri ilə bağlı olduğunu bəyan edib.