Bank Of Baku

İsrailə məxsus pilotsuz uçan aparat Qəzza zolağına düşüb

İsrailə məxsus pilotsuz uçan aparat Qəzza zolağına düşüb
# 04 iyul 2017 01:51 (UTC +04:00)

İsrail ordusuna məxsus “Sky rider” pilotsuz uçan aparat (PUA) Qəzza zolağının cənubunda boş əraziyə düşüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hərbçilər hadisənin səbəblərini araşdırır.

 

Bildirilir ki, bu, son bir həftə ərzində ikinci analoji hadisədir. İyunun 29-da İsrail müdafiə ordusunun “Skylark” pilotsuz uçan aparat İordan çayının qərb sahilinə düşmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR