Bank Of Baku

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində 12 nəfər yaralanıb

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində 12 nəfər yaralanıb
# 23 aprel 2014 23:36 (UTC +04:00)

Bakı-APA. İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində ikisi uşaq olmaqla 12 dinc sakin yaralanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə  yerli Səhiyyə nazirliyinin rəsmisi Əşrəf əl-Kidra xəbər verib.

 

Onun sözlərinə görə, İsrailin hərbi-hava qüvvələri Beyt-Laxiyə şəhəri istiqamətində hərəkət edən motosikletçini məhv etməyə cəhd edib.

 

İsrail tərəfi xəbəri təsdiqləyərək, Qəzzada anti-terror əməliyyatınının keçirildiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR