Bakı-APA. İsrailin noyabrın 14-dən etibarən Qəzza zolağını atəşə tutması və bombalaması nəticəsində 162 nəfər həlak olub. Bu barədə Qəzza səhiyyə idarəsi mədlumat verib.
Həlak olanların 42-si uşaq, 11-i qadın, 18-i isə qocadır.
Əməliyyat nəticəsində 1 min 222 nəfər yaralanıb. Onlardan 431-i uşaq, 200-dən çoxu isə qadındır.
İsrail noyabrın 14-dən etibarən Qəzza zolağındakı silahlılar və onların infrastrukturunun məhv edilməsi məqsədilə «Bulud sütunu» adlı hərbi əməliyyata başlyaıb. Dünən Misirin xarici işlər naziri Məhəmməd Əmr İsrail və Qəzzaya nəzarət edən HƏMAS hərəkatının noyabrın 21-i Bakı vaxtı ilə saat 23-dən etibarən atəşi dayandırmaq barədə razılıq əldə etdiklərini bildirib. İsrail ordusu atəşkəs barədə razılığa əsasən atəşi dayandırdığını rəsmi surətdə bəyan edib.