Bakı-APA. İsrailin xarici işlər naziri Aviqdor Liberman istefa verəcəyini açıqlayıb. APA-nın məlumatına görə, bu barədə The Jerusalem Post xəbər yayıb.
İstefa qərarı prokurorluğun Libermana qarşı fırıldaqçılıq və etibardan sui-istifadə ittihamını irəli sürməyə hazırlaşmasıdır. Liberman bu qərarı vəkilləri ilə məsləhətləşdikdən sonra verib.
Libermanın sözlərinə görə vəkillər ona istefa verməyin vacib olmadığını bildiriblər. «Lakin mən təmiz adımı bərpa etmək istədiyim üçün istefa vermək qərarına gəldim», deyə Liberman bəyan edib.
Liberman məsələni gələn il yanvarın 22-də keçiriləcək parlament seçkilərinədək həll etmək niyyətindədir.
Libermana qarşı iş hələ 2004-cü ildə, o nəqliyyat naziri olanda açılıb. İstintaqın versiyasına görə, 1998-ci ildə Liberman rus mafiyası ilə əlaqələrindən istifadə edərək Avstriyanın «Bank Austria Creditanstalt» bankına məsləhətlər verib. Öz məsləhətlərinə görə Libermanın 3 milyon dollar aldığı iddia olunur. 2012-ci ilin dekabrında iş bağlansa da yenidən açılıb. Libermana qarşı İsrail Belorusiyadakı səfirindən məxfi olaraq sözügedən istintaq işinin materiallarını əldə etmək ittihamı irəli sürülür.