Bank Of Baku

Kabildə əcnəbilərin qaldığı binaya hücum edən talibançılar öldürülüb

Kabildə əcnəbilərin qaldığı binaya hücum edən talibançılar öldürülüb
# 30 noyabr 2014 00:40 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın paytaxtı Kabildə xarici vətəndaşların qaldığı binaya hücum edən talibançılar öldürülüb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan ordusunun nümayəndəsi bildirilib. Məlumata görə, hücum “Taliban” hərəkatının 3 üzvü tərəfindən törədilib.

 

Hərbçilərin məlumatına görə, hücum zamanı azı 2 nəfər ölüb, 8 nəfər xilas olunub. Bu Kabildə son üç gündə törədilmiş ikinci hücumdur.   

 

Bundan əvvəl, noyabrın 27-də Böyük Britaniyanın Kabildəki səfirliyi qarşısında terrorçu-kamikadze tərəfindən törədilmiş partlayış nəticəsində Britaniya vətəndaşı daxil olmaqla 5 nəfər ölüb, 34 nəfər yaralanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR