Bank Of Baku

Kabildə məscid yaxınlığında törədilmiş partlayışda 7 nəfər ölüb

Kabildə məscid yaxınlığında törədilmiş partlayışda 7 nəfər ölüb
# 09 mart 2018 10:24 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə şiə məscidi yaxınlığında baş vermiş partlayış nəticəsində 7 nəfər ölüb, 22 nəfər yaralanıb.

 

APA-nın “TOLO news” agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə Əfqanıstan daxili işlər nazirliyinin sözçüsü Nüsrət Rəhimi məlumat verib.

 

Bildirilir ki, şiə Həzara icmasının keçmiş lideri Əbdül Əli Məzarinin ölümünün ildönümünün qeyd edildiyi mərasimə daxil olmaq istəyən terrorçu-kamikadze özünü partladıb.

 

Partlayışla əlaqədar hələ heç bir qüvvə məsuliyyəti üzərinə götürməyib.

 

Qeyd edək ki, Ə. Ə. Məzari 1995-ci ildə Taliban terror qruplaşması tərəfindən öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR