Bank Of Baku

Kabildə partlayış qurbanlarının sayı 100-ə çatıb, 600 nəfər yaralanıb

Kabildə partlayış qurbanlarının sayı 100-ə çatıb, 600 nəfər yaralanıb
# 01 iyun 2017 20:11 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə, yaralananların sayı isə 600-də çatıb.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bun barədə Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatında bildirilir.  

 

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.  Ölənlərin sayının artacağı istisna olunmur.

 

Qeyd edək ki, ötən gün prezident sarayı və səfirlik binaları yaxınlığında güclü partlayış törədilib. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR