Bu gün Əfqanıstan paytaxtında Kənd Rayonlarının İnkişafı Nazirliyinin binası yaxınlığında partlayış törədilib.
APA-nın məlumatına görə, bu barədə "TOLOnews" telekanalı məlumat yayıb.
Partlayış yerli vaxtla saat 16.30 radələrində Kabilin Darulaman rayonunda baş verib. Terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu nazirliyin binasının darvazası qarşısında işə salıb. Nazirliyin rəsmi nümayəndəsi Faridun Azhand partlayışın işçilər nazirlikdən çıxarkən törədildiyini bildirib. Partlayış nəticəsində 10 nəfər ölən və yaralanan var.