Bank Of Baku

Kabildə partlayış nəticəsində 20 nəfər ölüb, 200 nəfər yaralanıb

Kabildə partlayış nəticəsində 20 nəfər ölüb, 200 nəfər yaralanıb
# 19 aprel 2016 09:33 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Əfqanıstan paytaxtı Kabilin mərkəzində avtomobilə quraşdırılmış bomba partlayıb.

 

APA-nın “lenta.ru” ya istinadən verdiyi xəbərə görə, bu barədə “Tolonews” məlumat yayıb.

 

Partlayış nəticəsində 20-dən çox insan ölüb, 198 nəfər yaralanıb. İnsident Əfqanıstanın müdafiə, maliyyə və milli təhlükəsizlik nazirliklərinin yerləşdiyi Pul-e-Mahmud Xan rayonunda baş verib.

 

Avtomobildə terrorçu-kamikadze də olub.

 

Əfqanıstan prezidenti Əşrəf Qani hadisəni terror aktı adlandırıb. "Taliban" hərəkatı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

 

Hazırda rayonda atışma səsləri eşidilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR